İsrail hərbçiləri “Əş-Şifa” xəstəxanasının direktorunun xahişini yerinə
yetirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İsrail Müdafiə Qüvvələri “Əş-Şifa” xəstəxanasının direktorunun xahişi ilə
xəstəxananın təxliyəsində kömək etməyə razılıq verib”.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım
edilib.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri “Əş-Şifa” xəstəxanasının direktorunun
xəstəxanada olan və oranı tərk etmək istəyən Qəzza sakinlərinin təhlükəsiz
marşrutla təxliyəsinə icazə verilməsi istəyi ilə razıdır.
Həmçinin qeyd edilib ki, tibbi personal xəstəxanada qalacaq və təxliyə olunan
xəstələrə kömək edəcək.
İsrail Müdafiə Qüvvələri eyni zamanda ötən gecə xəstəxananı əlavə olaraq qida
məhsulları, su və humanitar yardımla təmin edib.