İsrail hərbçiləri Qəzza zolağında dinc etiraz aksiyasında iştirak edən 12 yaşlı fələstinlini yaralayıblar.
ÇıxışYolu.Com “Anadolu”ya istinadla xəbər verir ki, başından güllə yarası alan uşaq xəstəxanaya yerləşdirilib.
Martın 30-dan fələstinlilər Qəzza ilə İsrail sərhədində etiraz aksiyaları keçirirlər.
Aksiyaların dağıdılması zamanı İsrail hərbçiləri döyüş güllələrindən istifadə edirlər.