İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ələ keçirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı
haqqında çoxsaylı kəşfiyyat məlumatlarını əldə edib.
Bu barədə İsrail və ABŞ mənbələrinə istinadən məlumat yayılıb.
Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi
əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, notbuklar, telefonlardan əldə
etdiyi kəşfiyyat məlumatlarını, həmçinin ABŞ-nin elektron dinləmələri sayəsində
əldə edib.
Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı
və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında
əvvəlkindən daha çox anlayışa malikdir.
“Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha
ətraflı başa düşürlər”, – deyə o qeyd edib.
Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi
məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında
son dərəcə müfəssəl məlumatlar var.
Mənbə: NBC News