efe593cd-9bde-491d-8be2-c41cd78f0ca9..jpg

İsrail HƏMAS silahlılarının məhvi üçün xüsusi mərkəz yaradıb

Baxış sayı: 565 dəfə baxılıb.

İsrail HƏMAS silahlılarının məhvi üçün xüsusi mərkəz yaradıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Baş Təhlükəsizlik Xidməti və MOSSAD kəşfiyyat xidməti oktyabrın 7-də
yəhudi dövlətinə hücumda iştirak edən HƏMAS yaraqlılarını izləmək və məhv etmək
vəzifəsi daşıyan xüsusi əməliyyat mərkəzi yaradıb.

Bu barədə “The Times of Israel” xəbər verib.

Nəşr vurğulayıb ki, yeni komanda mərkəzinin vəzifəsi İsrailə qəfil hücumda
iştirak edən və böyük əksəriyyəti mülki şəxslər olan təxminən 1,4 min nəfərin
ölümünə səbəb olan HƏMAS-ın “Nuxba” bölməsinin bütün yaraqlılarının
müəyyənləşdirilərək məhv etmək olacaq.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket
hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla
döyüşə girdiyi yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu “müharibə hazırlığı
vəziyyəti” elan edib və qısa zamanda bu günə qədər davam edən “Dəmir qılınclar”
əməliyyatına başlayıb.

Source link