İsrail xarici işlər nazirliyi ölkənin İspaniya, Sloveniya və Belçikadakı səfirlərini geri çağırıb.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb bu ölkələrin BMT-nin Qəzzada fələstinli etirazçılara qarşı törədilən cinayətlərin araşdırılması il bağlı Yaxın Şərqə ekspert qrupu göndərmək qərarını dəstəkləmələri olub.
Bundan əvvəl İsrail XİN-i ölkənin BMT-nin bölgəyə ekspert göndərmək qərarını tanımadığını bəyan etmişdi.
Xatırladaq ki, mayın 18-də BMT-nin insan haqları komissiyası İsrail hərbçilərinin mülki fələstinli etirazçılara atəş açmasını qəti şəkildə pisləyərək, Qəzzaya müharibə cinayətləri üzrə ekspert qrupunu yollamağa qərar verib.