fe2bee11-abef-4b1e-9c01-c7220a9a9507.jpg

İsrail “Hizbullah”ın 30 komandirini məhv edib

Baxış sayı: 38 dəfə baxılıb.

İsrail ordusu “Hizbullah”ın 30 komandirini məhv edib.

Cixisyolu.com “Mignews”a istinadən xəbər verir ki, bunu ordunun (SAXAL) sözçüsü
Daniel Haqari bildirib.

“Biz “Hizbullah”ı şimala sıxışdıracağıq. Bəzi terrorçular qaça bilib, bəziləri
isə döyüşlərdə qoşunlarımız tərəfindən məhv edilib”, – o deyib.

Qeyd olunub ki, Livanda hərbi əməliyyatlar başlanandan bəri İsrail ordusu
“Hizbullah”ın 30-u müxtəlif rütbəli komandirlərini, həmçinin 440-a yaxın
yaraqlısını məhv edib.

Source link