adc2cd51-d07b-47d0-bb78-92ffd3687ed4..jpg

İsrail “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir – YENİLƏNİB + FOTO

Baxış sayı: 765 dəfə baxılıb.

İsrail “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail təyyarələri “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir.

Bu barədə İsrail Müdafiə Ordusunun (İMO) Mətbuat Xidməti “X” sosial şəbəkə
hesabında məlumat yayıb.

“İMO qırıcıları hazırda “Hizbullah”ın Livandakı hərbi infrastrukturuna
zərbələr endirir”, – açıqlamada deyilir.

Mətbuat Xidməti qeyd edib ki, Livanla sərhəddə İsrail hərbçilərinə atəş
açılması ilə əlaqədar həmin bölgədəki Müdafiə Ordusunun əsgərləri cavab atəşi
açırlar.

9 rockets were fired from Lebanon into Israeli territory.

The IDF Aerial Defense Array intercepted 5 rockets according to protocol.

The IDF is currently striking the launchsite in Lebanon.
— Israel Defense Forces (@IDF) October 15, 2023

12:45

Livandan İsrailin şimalındakı Yuxarı Qalileya bölgəsinə tank əleyhinə raketlə
atəş açılıb. Üç yaralı var, onlardan biri ağır vəziyyətdədir.

Bu barədə İsrail ordusunun radiosu xəbər verir.

Qətərin “Əl-Cəzirə” telekanalı “Hizbullah”dakı mənbələrə istinadən xəbər verir
ki, təşkilat İsrailin şimalında yerləşən Yuxarı Qalileya bölgəsini atəşə
tutmağa görə məsuliyyəti öz üzərinə götürüb.

İsrailin “KodKod” “Telegram” kanalının verdiyi məlumata görə, mərmilər
nəticəsində yaralanan 5 nəfərdən biri dünyasını dəyişib.

Source link