İsrailin baş naziri Binyamin Netanyahu Qəzza bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar yaxın saatlarda fövqəladə iclas keçirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “NEWSru.co.il” məlumat yayıb.
İclasda ölkənin müdafiə naziri, baş qərargah rəisi, təhlükəsizlik xidmətinin rəhbəri və digər güc strukturları rəhbərlərinin iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, Qəzza ilə İsrail sərhədində vəziyyəti yenidən gərginləşib. Qəzza zolağından İsrailin raket və minaatanlardan atəşə tutulması nəticəsində üç İsrail hərbçisi yaralanıb. Mərmilərdən biri uşaq bağçasının ərazisində düşüb.