İsrail hökuməti səkkiz milyard dollarlıq müharibə büdcəsini təsdiqlədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail hökuməti, etirazlara baxmayaraq, müharibə xərcləri üçün səkkiz milyard
dollarlıq əlavə büdcəni təsdiqləyib.
Bu barədə KAN İsrail dövlət televiziyası məlumat verib.
Məlumata görə, oktyabrın 7-dən sonra ölkədə yaradılan hərbi kabinetin üzvü,
keçmiş müdafiə naziri Benni Qantz büdcəyə qarşı çıxıb. Həmçinin Baş nazir
Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasından nazirlər Nir Barkat
və Ofir Akunus də büdcəni dəstəkləməyiblər.
Lakin bu etirazlara baxmayaraq, müharibə xərclərinin maliyyələşdirilməsi üçün
30 milyard şekel (8 milyard dollar) məbləğində əlavə büdcə təsdiqini tapıb.
Mənbə: Haber Global