İsrailin əlində KXDR-lə İranın ballistik proqram üzrə əməkdaşlıq etməsinə dair kifayət qədər faktlar var.
ÇıxışYolu.Com “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu İsrailin kəşfiyyat naziri İsrael Kats bildirib.
“Hesab edirəm ki, ölkələr ballistik raketlərin hazırlanması istiqamətində sıx əməkdaşlıq edir. Bizim əlimizdə sübutlar var. Çox sübutlar var”, – deyə Kats vurğulayıb.
O, eyni zamanda bildirib ki, KXDR və Cənubi Koreya liderlərinin sammitində imzalanan birgə bəyannamə, “5+1” qrupu ilə İran arasında Vyanada bağlanmış nüvə sazişinə yenidən baxılmasına əlverişli zəmin yaradır.
“Bundan sonra Donald Trampın İrana qarşı çıxması üçün daha çox imkanları olacaq və kim bilir bəlkə də, o Avropa İttifaqını koalisiyada zəif bənd olmamağa razı salacaq”, – deyə Kats bildirib.