6983e31f-38d3-4545-9d47-104cac547a37..jpg

İsrail İrana qarşı beynəlxalq cəbhə quracaq

Baxış sayı: 754 dəfə baxılıb.

İsrail İrana qarşı beynəlxalq cəbhə quracaq

İsrailin yeni xarici işlər naziri Eli Koen bazar ertəsi andiçmə mərasimində
çıxışı zamanı bildirib ki, ölkəsi İranın nüvə silahı əldə etməsinin qarşısını
almağa çalışacaq.

Onun sözlərinə görə, İsrail bunun üçün geniş beynəlxalq cəbhə yaradacaq.

“İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının üzvləri arasında yeganə
ölkədir ki, o, təşkilata üzv olan başqa bir dövlət tərəfindən açıq şəkildə məhv
olunmaqla hədələnir. İsrail istənilən yolla İranın hərbi nüvə potensialına
yiyələnməsinin qarşısını almağa çalışır”, – XİN rəhbəri deyib.

Koen qeyd edib ki, İsrailin son aylarda israrla etiraz etdiyi İranın nüvə
proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası aktuallığını itirib.

Mənbə: vestikavkaza.ru

Source link