“İsrail İranın hərbi bazalarını nəinki Suriyada, hətta İraqda da vurmağa hazırdır”.
ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri Aviqdor Liberman keçirdiyi brifinqdə bildirib:
“Əlbəttə ki, biz Suriyada baş verənləri müşahidə edirik. İran təhlükəsinə gəldikdə isə özümüzü təkcə Suriya ərazisi ilə məhdudlaşdırmırıq. Bu, aydın olmalıdır. Biz istənilən İran təhlükəsi ilə mübarizə aparacağıq, onun haradan gəlməsindən asılı olmayaraq”.