İsrail hökuməti İranın həyata keçirdiyi kütləvi raket hücumuna
cavab verməyi planlaşdırır.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Axios” portalı İsrail rəsmilərinə
istinadən məlumat verib.
Bildirilib ki, dünən nazirlər kabineti iclasında hücuma cavab barədə qərar
qəbul edib, lakin bunun necə olacağı müəyyən edilməyib.
Portal qeyd edib ki, İsrail müstəqil şəkildə cavab verməyi planlaşdırıb, lakin
yaranmış vəziyyətin strateji nəticələri kontekstində öz planlarını ABŞ ilə
əlaqələndirmək istəyir.
“Yəhudi dövlətinin cavabı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə
əməkdaşlıq tələb edir, həmçinin İsrailə hava hücumundan müdafiə sistemi üçün
daha çox mərmi və Birləşmiş Ştatların digər dəstəyi lazımdır”, – deyə mənbədən
bildirilib.