8740f368-9eda-454d-9b9c-5b174b03445a..jpg

İsrail kəşfiyyatı bütün dünyada HƏMAS üzvlərini “ovlayacaq”

Baxış sayı: 588 dəfə baxılıb.

İsrail kəşfiyyatı bütün dünyada HƏMAS üzvlərini “ovlayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail kəşfiyyatı Qəzzada əməliyyat başa çatdıqdan sonra Fələstinin HƏMAS
təşkilatının dünya üzrə liderlərinin izinə düşməyə və onları məhv etməyə
hazırlaşır.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri İsrail rəsmilərinə istinadən
məlumat verib.

Məlumata görə, ölkənin kəşfiyyatı İsrail Baş naziri Benyamin Netanyahunun
göstərişi ilə 10 ildir HƏMAS-ın Livan, Türkiyə və Qətərdə yaşayan liderlərinin
axtarışı üçün planlar hazırlayır.

Bildirilir ki, bu kampaniya İsrailin onilliklər boyu davam edən gizli
əməliyyatlarının davamı olacaq. İddia olunur ki, yəhudi dövlətinin hakimiyyət
orqanları bəzən diplomatik böhran yaratmamaq üçün uzun illər Qətər, Livan,
İran, Rusiya və Türkiyədə yaşayan fələstinli döyüşçülərə hücum etməkdən
çəkiniblər.

Source link