İsrailin “Beytar” futbol klubu ABŞ prezidenti Donald Trampa görə adını dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Deadspin” portalı məlumat verib.
Məlumata görə, bundan sonra klub “Beytar Tramp Yerusəlim” adlanacaq.
Klubun rəsmi “Facebook” səhifəsi bu addımı ABŞ prezidentinin ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməklə bağlı qərarına təşəkkür əlaməti kimi təqdim edib.
Qüds klubu altı qat ölkə çempionudur. Yeddi dəfə İsrail kubokunun və iki dəfə superkubokun qalibi olub.