İsrail Livanda “Hizbullah”ın iki komandirini öldürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə
Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın
“Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil
Atiyanı öldürdüklərini təsdiqləyib.
Məlumata görə, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin
şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan
raketlə vurulub.
“Radvan” xüsusi təyinatlılarının strukturunda mühüm yer tutan Məhəmməd Xəlil
Atiya isə aprelin 23-də İsrail sərhədindən 15-20 km aralı Arzun rayonunun
şərqində Zrifa kəndində Müdafiə Ordusunun aviazərbəsi nəticəsində ölüb.
Mənbə: TASS