İsrail Misirlə Qəzza zolağının sərhədində HƏMAS-ın hədəflərinə zərbələr endirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının Misirlə sərhədi yaxınlığında
Fələstinin radikal HƏMAS təşkilatının hədəflərinə silsilə zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bu həftə İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Ordusunun (SAXAL)
Kəşfiyyat İdarəsi və Cənub Komandanlığının göstərişi ilə HƏMAS-a məxsus hərbi
obyektlərə, postlara, müşahidə məntəqələrinə, silah anbarlarına və
komanda-nəzarət mərkəzlərinə zərbələr endirib və onları məhv edib. Bu hədəflər
Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyu yerləşib”, – deyə məlumatda
bildirilir.
Ordunun qeyd etdiyi kimi, Misirlə həmsərhəd olan “Rəfah” yaşayış məntəqəsinin
ərazisində yerləşən bu hücumlara məruz qalan obyektlər yaraqlılar tərəfindən
istifadə edilib və xüsusən də anklav ərazisinə qaçaqmalçılıq yolu ilə
silah-sursatın keçirilməsini təmin edib.
“Bu terror infrastrukturuna zərbə vurmaq HƏMAS-ın Qəzza zolağına daha çox
silah qaçaqmalçılığı imkanlarının qarşısını alır. HƏMAS-ın ərazidəki fəaliyyəti
(radikallara) Qəzza zolağına daxil olan humanitar yardımı ələ keçirməyə, silah
qaçaqmalçılığını asanlaşdırmağa və HƏMAS-ın Qəzza zolağında SAXAL əsgərlərinə
qarşı hücumlarında iştirak etməyə imkan verir”, – deyə mətbuat xidməti əlavə
edib.
Mənbə: TASS