İsrail MN: “Qəzzada əməliyyatın yeni mərhələsi başladı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İsrail ordusu Qəzza zolağında əməliyyatın birinci mərhələsini tamamlayıb və
növbəti əmrlərə qədər davam edəcək yeni mərhələnin icrasına başlayıb”
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkənin hərbi rəhbərliyi ilə
vəziyyəti qiymətləndirmək üçün keçirilən görüşdən sonra bildirib.
“Müharibənin birinci mərhələsini keçdik. Bu gecə Qəzzada yer silkələndi.
Yerdən və havadan zərbələr endirdik, bütün səviyyələrdə, hər yerdə terrorçulara
hücum etdik. Ordu üçün göstərişlər aydındır: Yeni sərəncam olana qədər hərəkat
davam edəcək”, – nazir bildirib.
Mənbə: TASS