5b551baf-f963-45b0-9cab-daaaeefec752..jpg

İsrail MN: “Qəzzada xəstəxananın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır”

Baxış sayı: 629 dəfə baxılıb.

İsrail MN: “Qəzzada xəstəxananın vurulmasına görə məsuliyyəti “İslami Cihad”
qruplaşması daşıyır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz
raket buraxılışının nəticəsidir və buna görə “İslami Cihad” qruplaşması
məsuliyyət daşıyır.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki,
“İslami Cihad” qruplaşması Qəzzada uğursuz raket atışı səbəbindən xəstəxananın
vurulmasına görə məsuliyyət daşıyır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qəzzadakı baptist xəstəxanısına raket zərbəsi nəticəsində 500
nəfərin öldüyü bildirilir. Bir çox müsəlman ölkələrinin rəsmiləri və
ictimaiyyəti baş verənlərdə İsraili günahlandırırlar. Hazırda həmin ölkələrdə
anti-İsrail nümayişləri keçirilir.

Mənbə: TASS

Source link