14ed29af-2071-446b-83aa-66a9dfccd0b1..jpg

İsrail ordusu atəşkəsdən əvvəl Qəzzada HƏMAS-ın beş komandirini məhv edib – FOTO

Baxış sayı: 380 dəfə baxılıb.

İsrail ordusu atəşkəsdən əvvəl Qəzzada HƏMAS-ın beş komandirini məhv edib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl
gedən döyüşlər zamanı Fələstin anklavında hökmranlıq edən HƏMAS radikal
təşkilatının beş yüksək rütbəli komandirini havadan məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

“Atəşkəs qüvvəyə minməzdən əvvəl Qəzza zolağında gedən döyüşlər zamanı
SAXAL-ın aviasiyası kəşfiyyat məlumatlarına əsasən, Qəzza zolağında HƏMAS
terror təşkilatının beş yüksək rütbəli komandirini məhv edib”, – deyə məlumatda
bildirilir.

HƏMAS-ın məhv edilən yüksək rütbəli üzvləri arasında HƏMAS-ın Şimal
Briqadasının komandiri Əhməd əl-Qandur və onun müavini Vael Rəcəb, radikalların
raket qüvvələrinin rəhbəri Ayman Siyam, Qəzza şəhəri briqadasının komandiri
Rafaat Salman və HƏMAS komitəsinin yüksək rütbəli nümayəndəsi olan Tulkərm
Farsan Xəlifənin adları da çəkilib.

Mənbə: TASS

Source link