İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin
yaxınlığındakı iqamətgahı hədəfə alıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin “Facebook”
hesabında dərc olunmuş məlumatında bildirilir.
İsrailin Suriya paytaxtının Mezza məhəlləsində yaşayış binasına endirdiyi
zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb. Evdə
yüksəkrütbəli şiə milislərinin olduğu iddia edilir.
“Bu gecə təxminən saat 20:15-də (Bakı vaxtı ilə 21:15-də) İsrail Qolan
təpələrindən hava hücumu həyata keçirib, üç raket atılıb, Dəməşqin əhalinin sıx
məskunlaşdığı Mezza məhəlləsində yaşayış və ticarət binalarından birinə hücum
edilib. Hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak
olub, daha 11 nəfər yaralanıb”, – məlumatda bildirilir.