b77b9694-1512-4b1a-81dc-ed5356186901..jpg

İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib

Baxış sayı: 476 dəfə baxılıb.

İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o
cümlədən orada fəaliyyət göstərən “Hizbullah” təşkilatının hədəflərinə yeni
hücumlar həyata keçirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında, bazar günü Livandan İsrailin şimalındakı Har-Dov
bölgəsi istiqamətində raket buraxıldığı qeydə alınıb. İsrail Müdafiə Ordusunun
tankı buraxılış mənbəyinə zərbə endirib. Roş-ha-Nikra bölgəsi istiqamətində də
bir sıra buraxılışlar qeydə alınıb”, – deyə məlumatda bildirilir.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və
helikopteri də Livanda “Hizbullah” terror təşkilatının infrastrukturuna və
hərbi kompleksinə zərbələr endirib. Bundan əlavə, bu gün səhər saatlarında
İsrail Ordusunun təyyarəsi Livanda müəyyən edilmiş terror qruplaşmasına zərbə
endirib. Bundan başqa, İsrail Müdafiə Ordusuna məxsus hərbi uçuş aparatı və
tanklar Livanda “Hizbullah”ın silah və müşahidə obyektlərinə zərbələr endirib”,
– deyə mətbuat xidməti əlavə edib.

Mənbə: TASS

Source link