d5fc526d-32ad-4f33-998e-8eab3e3a00f9..jpg

İsrail ordusu Qəzza sakinlərinin bölgənin cənubuna təxliyə olunmasına çağırdı

Baxış sayı: 410 dəfə baxılıb.

İsrail ordusu Qəzza sakinlərinin bölgənin cənubuna təxliyə olunmasına çağırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusu Qəzza sakinlərinin zolağın cənubunda əl-Məvasi istiqamətindəki
humanitar rayona təxliyə olunması ilə bağlı çağırış edib və burada zərurət
olarsa, onlara yardım göstəriləcəyini deyib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında paylaşım edilib.

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsində və Qəzza şəhərində
yaşayan sakinləri Vadi Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsinə təxliyə
olunmasına çağırmaqda davam edir. İsrail Müdafiə Qüvvələri qərbi Xan Yunisdə,
Əl-Məvasi bölgəsindəki açıq ərazilərə təxliyə olunmağı tövsiyə edir”, – deyə
paylaşımda bildirilib.

Source link