fd78dced-4d3a-47e9-b1b6-e09b1369b2e8.jpg

İsrail ordusu yeni hərbi əməliyyata başladı

Baxış sayı: 34 dəfə baxılıb.

İsrail ordusu (SAXAL) Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın
düşərgəsində Fələstinin HƏMAS hərəkatının silahlı radikal qruplarına qarşı yeni
hərbi əməliyyata başlayıb və onlarla hədəfə hücum edib.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti
məlumat yayıb.

Ordunun bəyanatına görə, əməliyyat başlamazdan əvvəl və əməliyyat zamanı
İsrail Hərbi Hava Qüvvələri quru bölmələrinin hərəkətlərinə dəstək vermək üçün
bölgədə “onlarla hərbi obyekti” vurublar.

“Hədəflər arasında silah anbarları, yeraltı infrastruktur obyektləri, terrorçu
dəstələr və digər hərbi infrastruktur obyektləri olub”, – deyə mətbuat xidməti
bildirilib.

“Bölgədəki terror infrastrukturunu sistematik şəkildə məhv etmək məqsədini
daşıyan Cəbəliyyə əməliyyatı qarşıya qoyulan hədəflərə çatmaq üçün lazım olan
müddətcə davam edəcək”, – ordu izah edib.

Source link