08a2233a-e1d4-4bfb-ae28-f816e5cf83ff..jpg

İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı

Baxış sayı: 502 dəfə baxılıb.

İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalındakı Cəbaliyə şəhərində
yenidən hərbi əməliyyata başlayıb.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu keçən ilin payızında Cəbaliyədə əməliyyat aparıb. İsrail
Ordusunun yaydığı məlumata görə, HƏMAS-ın Cəbaliyədə yeni hərbi infrastruktur
yaratmağa çalışdığı məlum olub. SAXAL qırıcı təyyarələri və pilotsuz uçuş
aparatları vasitəsilə şəhərdəki 30 hədəfə zərbə endirilib. Əməliyyatdan əvvəl
əhaliyə şəhərin qərbindəki sığınacaqlara getmələri barədə çağırış edilib.

Eyni zamanda SAXAL-ın Rəfah şəhərinin şərqində və Rəfah sərhəd-keçid məntəqəsi
istiqamətində konkret hədəflərə yönəlik əməliyyatlar keçirdiyi, bir neçə tunel
və raket qurğularının aşkarlanaraq məhv edildiyi bildirilib.

Mənbə: TASS

Source link