İsrail polisi 600 yerli özünümüdafiə dəstəsi yaradıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail polisi ümumilikdə 600 yerli özünümdafiə dəstəsi təşkil edib.
Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən təyin edilmiş bu
birləşmələrin yerləşdirilməsi üzrə xüsusi koordinator Şimon Lavinin dediyinə
görə, oktyabrın 7-dən indiyədək 600 özünümüdafiə bölməsi yaradılıb və
silahlandırılıb. Bu, qarşıya qoyulan hədəfin üçdə bir hissəsidir, növbəti 10
gün ərzində daha 1200 belə bölmə yaradılacaq.
O qeyd edib ki, həm yəhudi, həm də ərəb icmalarının, yəni qarışıq əhalinin
yaşadığı qəsəbələrdə belə birləşmələrin yaradılmasına prioritet diqqət
yetiriləcək.
Xüsusi Koordinator qeyd edib ki, İsrail polisi özünümüdafiə bölmələrinin
fəaliyyətinə nəzarət edəcək. O əlavə edib ki, bu cür birləşmələrin üzvləri odlu
silahdan istifadə etməkdə polis əməkdaşları ilə eyni hüquqlara malikdir. Lavi
Fələstin radikal HƏMAS hərəkatının döyüşçülərinin hücumundan sonra bu cür
birləşmələrin üzvlərinə paylanan minlərlə tüfəngin gələcəkdə geri
götürülüb-götürülməyəcəyi sualına cavab verə bilməyib. Koordinator qeyd edib
ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib.
Mənbə: TASS