İsrail prezidenti Qəzzada baş verən ölümlərdən danışdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail Prezidenti İsxak Hersoq Qəzzada ölənlərə görə təəssüfləndiyini, lakin
öz xalqının müdafiəsini prioritet hesab etdiyini bildirib.
Bu barədə İsrail prezidenti “Financial Times” qəzetinə danışıb.
“Mən fələstinlilərin ölümlərinə laqeyd yanaşmıram. Bu hadisələr mənim ürəyimi
parçalayır. Amma mən heç vaxt unutmuram ki, ilk növbədə xalqımızı qorumaq üçün
təhlükəsizliyi təmin etməliyəm”, – deyə prezident bildirib.
Xatırladaq ki, İsrail hərbçiləri çərşənbə günü Fələstin HƏMAS hərəkatının əsas
komanda qərargahının yerləşdiyi “Əş-Şifa” xəstəxanasına hücuma başlayıblar.
İsrail Müdafiə Ordusu onu da bildirib ki, tibb mərkəzinin altında bir neçə
yeraltı kompleks və 200-ə yaxın radikalın gizləndiyi tunel və oktyabrın 7-də
baş vermiş hücum zamanı oğurlanmış girovlar saxlanılır.
Mınbə: TASS