İsrail Qətər vasitəsilə HƏMAS-dan yeni razılaşma ilə bağlı cavab alıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrailin “Mossad” kəşfiyyat xidməti Qətər vasitəsilə Qəzza zolağında
saxlanılan girovların azad edilməsi ilə bağlı Fələstinin radikal HƏMAS
hərəkatından cavab alıb və hazırda onu araşdırır.
Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun administrasiya məlumat
yayıb.
“HƏMAS-ın Qətər vasitəçisinin “Mossad”a çatdırdığı cavab danışıqlarda iştirak
edən bütün tərəflər tərəfindən ətraflı öyrənilir”, – deyə məlumatda bildirilir.
Mənbə: TASS