İsrailin hava hücumu nəticəsində HƏMAS rəsmisi – Qəzza bölgəsinin faktiki baş
naziri olan Ravhi Muştahi həlak olub.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL)
Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, onunla yanaşı hərəkatın digər üzvü Sameh əs-Sarrac, həmçinin
HƏMAS-ın silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadası” qruplaşmasının
komandiri öldürülüb.
“Təxminən üç ay əvvəl SAXAL və ŞABAK-ın (Ümumi Təhlükəsizlik Xidməti) birgə
zərbəsi nəticəsində Qəzza bölgəsində aşağıdakı terrorçular məhv edilib: Qəzza
bölgəsində HƏMAS-ın siyasi bürosunun rəhbəri Ravi Muştah, Sameh əs-Sarrac… və
Sami Auda”, – deyə İsrail ordusunun bəyanatda deyilir.