32bbac44-aa79-417f-964e-a5a323fcf878..jpg

İsrail Qəzza sakinlərinə havadan elan atdı: “Əsirlər barədə məlumat verənlər mükafatlandırılacaq” – FOTO/VİDEO

Baxış sayı: 503 dəfə baxılıb.

İsrail Qəzza sakinlərinə havadan elan atdı: “Əsirlər barədə məlumat verənlər
mükafatlandırılacaq” – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail ordusu blokadada olan Qəzza zolağına havadan üzərində elan olan
vərəqələr atıb və sakinlərə çağırış edib.

Elanlarda əsirlərlə bağlı məlumat verənlərə təhlükəsizlik və pul mükafatı
təklif edilib.

İsraillilər və digər millətlərdən olan əsirlər haqqında məlumat verməyə
çağıran elanlarda telefon nömrələri və QR kodlar yer alıb.

Bu barədə İsrail ordusunun sosial media hesabında da paylaşım edilib.

“Əgər övladlarınız və özünüz üçün daha yaxşı gələcək istəyirsinizsə, bir
yaxşılıq edin. Bölgənizdə olan əsirlər haqqında dəqiq və faydalı məlumatlar
verin. İsrail ordusu sizin təhlükəsizliyiniz və evinizin rifahı üçün əlindən
gələn hər şeyi edəcək. Eyni zamanda sizə pul mükafatı da təqdim edəcək”, – deyə
paylaşımda bildirilib.

Qeyd edək ki, İsrail ordusu daha əvvəl də mülki əhaliyə havadan xəbərdarlıq
elanları ataraq Qəzza zolağının şimalını tərk edərək cənuba köçmələrini
istəmişdi.

Mənbə: TRT Haber


Source link