208218b3-fa69-40cb-bc7e-9fbfee67bb80..jpg

İsrail Qəzza zolağında HƏMAS-ın hərbi bazasına hücum edib

Baxış sayı: 867 dəfə baxılıb.

İsrail Qəzza zolağında HƏMAS-ın hərbi bazasına hücum edib

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi kompleksinə hücum
etdiyini bildirib.

“Bu səhər İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatına məxsus silah
istehsalı müəssisəsi və hərbi iqamətgahına hücum edib”, – deyə məlumatda
bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından İsrail istiqamətində
altı raket atıldığını, onlardan beşinin hava hücumundan müdafiə sistemləri
tərəfindən tutulduğunu bildirmişdi.

Mənbə: RT

Source link