İsrail ordusu Qəzza zolağında Fələstinin “İslam cihadı” islam qruplaşmasının lideri Baxaa Əbu əl-Atanın olduğu evi məhv edib.
Bununla bağlı İsrail ordusunun “Twitter” hesabında məlumat paylaşılıb.
Məlumatda evin peykdən çəkilmiş görüntüsü və dağılmış binanın fotoları yerləşdirilib. Məlumata görə, əməliyyatı şəxsən İsrail Baş naziri Binyamin Netanyahu təsdiqləyib.
“İslam cihadı” qruplaşması isə hücumlar zamanı liderlərdən birinin oğlunun öldüyünü bildirib.
Aviazərbələrdən sonra qruplaşma üzvləri İsrail ərazisinə raketlə zərbələr endirməyə başlayıblar.
PRECISION STRIKE: This is the building we surgically targeted overnight to thwart the imminent threat of Islamic Jihad commander in Gaza, Baha Abu Al Ata.
📍Shejaiyah, Gaza pic.twitter.com/NkNlWAPMhy
— Israel Defense Forces (@IDF) 12 ноября 2019 г.