İsrail Qəzzanı bombalayır

İsrail Qəzzanı bombalayır

Baxış sayı: 2. 613 dəfə baxılıb.

İsrail hərbi hava qüvvələri Qəzza zolağında bir sıra hədəflərə aviazərbələr endirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə İsrail KİV-də məlumat yayılıb.

İsrail hərbi komandanlığı qırıcıların Qəzza zolağının şimal hissəsində “Həmas” hərəkatına aid təlim düşərgəsindəki beş hədəfi bombaladığını bildirib.

İsrail KİV-ə görə, avizərbələr fələstinlilərin Qəzza ilə İsrail sərhədindəki divarda partlayıcı qurğu quraşdırmaq cəhdinə və İsrail hərbçilərinin atəşə tutulmasına cavab olub.

.
www.ÇıxışYolu.Com