İsrail hökuməti İordan çayının qərb sahilində, Fələstin torpaqlarında qanunsuz yolla salınmış yəhudi qəsəbələrindən əhalini kütləvi şəkildə təxliyə edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.
Məlumata görə, ilk əvvəl Qüdsün cənubunda yerləşən Quş Esionda evlər sökülür.
Əhalinin qəsəbədən çıxarılması əməliyyatına yüzlərlə polis əməkdaşı cəlb olunsa da, kütləvi təxliyə ümumilikdə insidentsiz ötüşüb. Bir neçə gənc fəal polisə müqavimət göstərdiklərinə görə saxlanılıb.
İsrail polisinin sözçüsü Miki Rozenfeld kütləvi təxliyənin məhkəmə qərarına əsasən apaıldığını bildirib.
Qeyd edək ki, İsrail hökuməti Qərb sahilindəki Fələstin torpaqlarında qanunsuz qəsəbələrin salınmasına görə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin tənqidləri ilə üzləşir.