İsrail ordusunun mətbuat xidməti Suriya ordusuna məxsus “Pansir C1” zenit raket top kompleksinin (ZRTK) İsrailin “Spike NLOS” raketi ilə vurulduğu anın görüntüsünü yayıb.
ÇıxışYolu.Com xəbər verir ki, video raketin üzərində olan müşahidə kamerası ilə çəkilib.
Kadrlarda üç nəfərdən ibarət dəstənin ZRTK-nin yaxınlığında durduğunu görmək olur. Raket kompleksə ən yaxın məsafəyə qədər yaxınlaşdıqdan sonra təsvir itir.
Zərbədə əsas hədəf “Pansir-C1” sistemi olub.
Bu Suriyada İsrailin zərbəsi nəticəsində Əsəd ordusunun hərbi texnika itirməsini təsdiq edən ilk video materialdır.
Xatırladaq ki, mayın 10-da İsrail hərbçiləri Suriya ərazisində olan İrana aid hərbi obyektlərə hücum edib. İsrail ordusu bununla Holan yüksəkliklərindəki mövqelərinə yaylım atəşi sistemi ilə endirilən zərbələrə cavab verdiyini bildirib.