İsrail səfiri nasistlərin İrəvandakı aksiyasını pisləyib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir.
Bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion
“X” sosial şəbəkəsində İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb.
“2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən
yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği
qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına
qarşı qəti mövqe tutmalıdır”, – o yazıb.
Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda
günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş
keçiriblər.
Deeply disturbed by the march in #Yerevan
1.1.2024, echoing ‘Sieg Heil’ chants. Glorifying Garegin Nzhdeh, a Nazi
collaborator is unacceptable. 🇦🇲Authorities must take a firm stand against
any form of neo-nazism & antisemitism.@MFAofArmenia
— Joel Lion🎗 (@ambassadorlion) January 3, 2024