İsrail səfiri Türkiyədən çıxarılır

İsrail səfiri Türkiyədən çıxarılır

Baxış sayı: 2. 118 dəfə baxılıb.

İsrailin Ankaradakı səfiri Eitan Naeh Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

ÇıxışYolu.Com xəbər verir ki, İsrail səfirindən Türkiyəni tərk etmək tələb olunub.

Xatırladaq ki, bu gün Türkiyənin baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. 

Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. 

Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com