İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər

Baxış sayı: 5. 913 dəfə baxılıb.

İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər

Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib. 

O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan “stels” texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir.

Haneqbi əlavə edib ki, S-300 komplekslərinin tədarükü İsrailin Suriyaya zərbələrinin qarşısını ala bilməyəcək. O qeyd edib ki, bu komplekslər istər havadan, istər də yerdə məhv edilə bilər.

www.ÇıxışYolu.Com