İsrail Suriyadakı “S-300”ləri məhv edəcəyi ilə hədələdi

İsrail Suriyadakı “S-300”ləri məhv edəcəyi ilə hədələdi

Baxış sayı: 3. 297 dəfə baxılıb.

Suriya Rusiyanın göndərəcəyi “S-300” zenit-raket komplekslərindən İsrail hava qüvvələrinə qarşı istifadə etsə, həmin komplekslər məhv ediləcək.

ÇıxışYolu.Com  “Ynetnews”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

“Bizim üçün vacib olan məsələ Rusiyanın Suriyaya göndərəcəyi müdafiə silahlarının bizə qarşı istifadə olunmamasıdır. Kim olur olsun, bizim təyyarələrə atəş açsa, onu məhv edəcəyik”, – deyə Liberman Suriyanın “S-300”lərlə tədarükü məsələsini şərh edən zaman qeyd edib.

Xatırladaq ki, ABŞ, Fransa və Britaniyanın Duma şəhərindəki kimyəvi hücuma cavab olaraq Suriyaya endirdiyi hava zərbələrindən sonra, Rusiya XİN-i Serqey Lavrov Moskvanın Suriyanın HHM sistemini gücləndirməyə hazır olduğunu bildirmişdi .

Ancaq Moskva hələ ki, Suriyaya  “S-300”lərin tədarükü ilə bağlı yekun qərara gəlməyib.  

.
www.ÇıxışYolu.Com