İsrail Suriyadakı hücumlarına yenidən başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, İsrail Baş Qərargah rəisi Qadi Einsenkot ölkəsinin Suriyadakı hücumlarına yenidən başladığını deyib.
Einsenkot “The Jerusalem Post” qəzetinə verdiyi müsahibədə keçən ay İsrail döyüş təyyarələrinin vurulmasından sonra Suriya regionlarını yenidən hədəfə almağa başladıqlarını bildirib.
Baş Qərargah rəisi İranın İsrail sərhədi tərəfə yaxınlaşmağa cəsarət etmədiyini, Hizbullahın da İsraildə müəyyən hədəfləri vurmaq üçün yetərli raket gücünə malik olmadığını qeyd edib.
Xatırladaq ki, İsrail ordusu keçən ay Suriyada yerləşən “İran hədəflərinə” hücumu təşkil edən təyyarələrinin zenit atəşi ilə hədəfə alındığını və bir F-16-nın vurulduğunu açıqlamışdı.