Bu gün İsrail ordusu tərəfindən vurulan, Suriyaya məxsus “Su-22” bombardmançı təyyarəsinin pilotlarından biri ölüb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “Al Masdar” xəbər portalına Suriyadakı hərbi mənbə bildirib.
İkinci pilotun taleyindən hələlik xəbər yoxdur. Ölən pilot Omran Murai adlı polkovnikdir.