İsrail hərbçiləri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL)
sülhməramlı bazasına hücum ediblər.
Cixisyolu.com RBC-yə istinadən xəbər verir ki, missiya bu barədə öz “Telegram”
kanalında məlumat yayıb.
Söhbət Livanın cənubundakı Ramyadakı bazadan gedir, burada İsrailin
“Hizbullah”a qarşı quru əməliyyatı oktyabrın əvvəlindən davam edir.
“Səhər saat 4:30 radələrində sülhməramlılar sığınacaqlarda olarkən iki İsrail
Müdafiə Ordusunun “Merkava” tankı mövqenin əsas qapısını darmadağın edərək
içəri daxil olub. Onlar bir neçə dəfə bazadan işıqları söndürməyi xahiş
ediblər. UNIFIL bizim rabitə mexanizmimiz vasitəsilə İsrail Müdafiə Ordusunun
mövcudluğunun sülhməramlıları təhlükə altında qoyduğunu bildirərək etiraz
etdikdən təxminən 45 dəqiqə sonra tanklar oranı tərk edib”, – missiya bildirib.
Təxminən səhər saat 6:40-da oradakı sülhməramlılar 100 metr şimala doğru bir
neçə atəş açıldığını və bu səbəbdən tüstünün qalxdığını bildiriblər. Bazaya
daxil olan tüstü səbəbindən 15 UNIFIL əsgərinin dərisində qıcıqlanma və
mədə-bağırsaq reaksiyaları yaranıb. Hazırda onlar müalicə olunurlar.
Qeyd edək ki, sülhməramlılar missiya və İsrail ordusunun iştirakı ilə dörd gün
ərzində dörd insident barədə məlumat veriblər.