İsrail televiziyası HƏMAS-ın öldürdüyü israillilərlə bağlı yeni məlumatlar
paylaşdı: “808 nəfərin cəsədi…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fələstinin HƏMAS radikal hərəkatının hücumu nəticəsində həlak olan
israillilərin 80%-dən çoxu mülki şəxs olub.
Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, indiyədək qətlə yetirilən 808 nəfərin cəsədinin kimə aid
olduğunu müəyyənləşdirmək mümkün olub, onlardan 701 nəfəri dəfn üçün hazırlanıb.
“HƏMAS hücumunun qurbanlarının ən azı 84%-i İsrail Müdafiə Qüvvələrinin
üzvləri olmayıb”, – deyə televiziyanın verdiyi xəbərdə bildirilib.