d8c40e1a-6203-4f99-8f30-3054bb5a0957..jpg

İsrail və HƏMAS girovların mübadiləsi ilə bağlı razılığa gəliblər – YENİLƏNİB

Baxış sayı: 374 dəfə baxılıb.

İsrail və HƏMAS girovların mübadiləsi ilə bağlı razılığa gəliblər – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail və HƏMAS arasında davam edən girovların mübadiləsi üzrə danışıqlar
müsbət sonluqla nəticələnib.

Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

O, girovların mərhələli şəkildə azad ediləcəyini açıqlayıb.

Mənbə: Haber Global

20:12

İsrail ordusu ilə radikal HƏMAS və İslami Cihad hərəkatları arasında müvəqqəti
atəşkəs beş gün davam edəcək.

Bu barədə hazırda iki tərəf arasında vasitəçilər vasitəsilə müzakirə olunan
sazişin layihəsi ilə tanış olan mənbələr bildiriblər.

“HƏMAS və “İslami Cihad” yaraqlıları oktyabrın 7-dən bəri əsir saxlanılan 10
girovu İsrail həbsxanalarından 30 fələstinli məhbusun əvəzində hər gün azad
etmək barədə razılığa gəliblər”, – deyə mənbələr qeyd ediblər.

İsrail də öz növbəsində Qəzza zolağında blokada olan əhali üçün humanitar
yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.

Mənbələrin vurğuladığı kimi, atəşkəs dövründə quruda, dənizdə və havada bütün
hərbi əməliyyatlar dayandırılacaq. İsrail Silahlı Qüvvələri quru əməliyyatının
aparıldığı Qəzzanın şimal rayonlarının səmasında öz pilotsuz uçuş aparatlarının
kəşfiyyat uçuşlarını gündə altı saat dayandırmağı öhdəsinə götürüb.

Mənbə: “Al Shark” qəzeti

Source link