afe24ed6-5150-42bc-b0e4-f856c6d3ce40..jpg

İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni vətəninə qayıdıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 506 dəfə baxılıb.

İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni vətəninə qayıdıb –
YENİLƏNİB + FOTO

İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi
paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi
ailəsi ilə birlikdə Azərbaycana gəlib.

Bu barədə “Report”a sənətçinin yaxınları məlumat verib.

O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama
verəcək.

10:10

Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi İsraili tərk
edib.

Bu barədə ifaçı öz sosial şəbəkə hesabında paylaşım edib.

O, bu gün Təl-Əvivdən İstanbula yola düşüb.

Qeyd edək ki, Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva İsrail konsertindən
sonra bu ölkədə müharibə səbəbi ilə ölkəni tərk edə bilməyiblər.

Source link