İsraildə daha bir terror aktı: Yaralananlar var
Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.
Bu, son 24 saat ərzində şəhərdə ikinci hücum olub.
Məlumata görə, naməlum şəxs Maalot küçəsində, arxeoloji ərazinin girişindən
bir qədər aralıda atəş açıb. Polisin daha sonra hücumçunu zərərsizləşdirdiyi
qeyd edilir.
Xatırladaq ki, yanvarın 27-də axşam Yerusəlimdəki sinaqoqlardan birində terror
aktı baş verib. Müxtəlif mənbələrə görə, yeddi-səkkiz nəfər ölüb, daha on nəfər
yaralanıb.
Mənbə: news.ru