4bb622e2-5701-4b4e-bc7d-1fbd8324ee47.jpg

İsraildə İrana məsxus casus şəbəkəsi aşkarlandı

Baxış sayı: 279 dəfə baxılıb.

İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən yeddi
nəfəri saxlayıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“İsrail təhlükəsizlik xidmətləri İranın casus şəbəkəsini üzə çıxarıb, Tehran
israilliləri casusluğa cəlb etməyə çalışıb. İranın iki kəşfiyyat agenti
tərəfindən ikisi azyaşlı da daxil olmaqla yeddi israilliyə bütün ölkədəki hərbi
bazalarda məlumat toplamaq üçün yüzlərlə tapşırıq verildiyi məlum olduqdan
sonra onlar həbs edilib”, – agentlik xəbər verir.

İsrail polisinin məlumatına görə, ölkənin təhlükəsizliyinə ciddi ziyan dəyib.

Materialın müəllifləri əlavə ediblər ki, İsrail prokurorluğu yaxın günlərdə
ittiham aktı verəcək.

Source link