ecc362ad-c040-4da6-8fa5-7f9be75e8de8..jpg

İsraildə ölənlərin sayı 600 nəfəri keçdi – VİDEO

Baxış sayı: 478 dəfə baxılıb.

İsraildə ölənlərin sayı 600 nəfəri keçdi – VİDEO

Baku TV-nin müxbiri Leyli Məhərrəm İsraildən son məlumatları çatdırıb.

Jurnalist bildirib ki, ölənlərin sayı 600 nəfəri keçib, daha onlarla meyitin
kimliyinin müəyyən olunması istiqamətində ekspertizalar aparılır.

Qeyri-rəsmi məlumatlara görə, HƏMAS yaraqlılarının hücumundan sonra 750-yə
yaxın İsrail vətəndaşı itkin düşüb. Qəzza zolağı istiqamətindəki 5 yaşayış
məntəqəsində məskunlaşan əhali isə təxliyə olunub.

Həmçinin bildirilib ki, HƏMAS döyüşçüləri Təl-Əvivin mərkəzinə qədər gəlib
çatıb. İsrail təhlükəsizlik qüvvələri onları İbn-Qabirol küçəsində
zərərsizləşdirib.

Qeyd edilib ki, HƏMAS qüvvələri həmin ərazidə kütləvi qırğın planlaşdırırmış.


Source link