İsraildəki seçkilərdə Netanyahu da, rəqibi də özünü qalib elan etdi

Baxış sayı: 2. 719 dəfə baxılıb.

İsraildəki seçkilərdə Netanyahu da, rəqibi də özünü qalib elan etdi

İsrailinn baş nazir Binyamin Netanyahu  rəhbərlik etdiyi “Likud” partiyasının Knessetə keçirilən seçkilərdə qalib gəlməsi barədə açıqlama verib.

O bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

Eyni zamanda “Kahol-Lavan” mərkəzçi blokunun lideri, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans İsraildə Knessetə keçirilən seçkilərdə qalib gəldiyini bəyan edib.

Parlament seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrinə əsaasən, İsrail Ordusunun sabiq Baş qərargah rəisi Beni Hans və sabiq jurnalist Yair Lapidin rəhbərlik etdiyi “Kahol-Lavan” mərkəzçi bloku Knessetdə daha çox yer qazanıb.