İsrailin Dəməşqin cənubunda İrana aid hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə VOA Suriya insan haqları müşahidə qrupuna istinadən məlumat yayıb.
Təşkilatın məlumatına görə, ölənlərdən səkkizi İran vətəndaşlarıdır.
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişini ləğv etməsindən çox keçməmiş, İsrail qırıcılarının Suriyanın Əl-Kisvə rayonuna hava hücumu həyata keçirdiyi barədə xəbər yayılıb.
Rəsmi Dəməşq raket zərbələrinin HHM sistemi tərəfindən zərərsizləşdirildiyini bildirmişdi.